Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sabah” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniya “Rapid”i ilə qarşılaşacaq.
Buxarest komandasına qarşı matç Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Oyun “Mardan” İdman Kompleksinin ehtiyat meydanında reallaşacaq.
Qeyd edək ki, yanvarın 15-dək Türkiyədə hazırlıq keçəcək Murad Musayevin kollektivi daha bir yoxlama görüşündə qüvvəsini sınamağı planlaşdırır.