Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama görüşünü keçirəcək.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Rumıniya klubu “Voluntari” ilə matçda qüvvəsini sınayacaq.
Dünən keçirilməli olan, ancaq əlverişsiz hava şəraitinə görə bugünə təxirə salınan qarşılaşma “Topkapı Sport Center”in meydanında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda həmin gün Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.