AFFA FIFA agent olmaq istəyən şəxslər üçün növbəti imtahan qeydiyyatına start verilib. Qeydiyyat prosesi martın 31-dək davam edəcək. İmtahan isə 22 may tarixində keçiriləcək.
Bəs FIFA agenti lisenziyası almaq istəyən şəxslər üçün nə tələb olunub?
Fanat.Az bu barədə futbol funksioneri Emil Şükürova müraciət edib. Qeyd edək ki, Şükürov hazırda idman hüquqşünası Elcan Həsənli ilə birgə, agent imtahanlarına hazırlıqla bağlı təlim kursuna rəhbərlik edir.
"Artıq gələn həftə FIFA Agenti olmaq üçün sayca ikinci təlimlərimiz başlayacaq. Kurs 4 aylıq dövrü əhatə edir və may ayında onlayn imtahanla yekunlaşacaq. İmtahan dünyanın istənilən yerindən verilə bilər. Eyni zamanda, bizim kurslara da həm canlı şəkildə, həm də onlayn formatda "Zoom" platforması üzərindən qatılmaq mümkündür. Tədris materialları həm ingilis, həm Azərbaycan dillərində verilir, dərslər isə yalnız Azərbaycan dilində keçirilir.
İştirakçılara qarşı hər hansı xüsusi tələb yoxdur, lakin kommunikasiya bacarıqlarının və məntiqi düşünmə qabiliyyətinin olması arzuolunandır (gələcəkdə agent işləmək üçün). AFFA-nın keçirdiyi ilk imtahan rüsumsuz olub. Ümid edirik ki, ikinci imtahanda da ödəniş olmayacaq.
Fevral ayından isə əlavə olaraq “Futbolda skautinq” kurslarına start verəcəyik. Bu layihədə isə bir neçə mərhələ olacaq. Maraqlananlar mənimlə əlaqə saxlaya bilərlər".
Mirağa