Birinci Liqanın 12-ci turunda "Zaqatala" ilə oyunda rəqibinə təpik vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən 4 matçlıq diskvalifikasiya edilən Ruslan Voronsovla əlaqə saxlayıb "Karvan" dan ayrılmasının səbəbini öyrəndik.
Voronsovun Fanat.Az-a açıqlaması belə oldu:
"Mən son tur öncəsi rəhbərliyə bildirdim ki, klubdan ayrılmaq istəyirəm. Beləcə, qarşılıqlı şəkildə müqaviləyə xitam verdik. Artıq "Cəbrayıl" klubu ilə müqavilə bağlamışam. "Karvan"dan ayrılmağımın səbəbi isə performansımı göstərə bilməməyim idi".
Nahid Məmmədov