Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu qarşı keçirəcək.
Fanat.Az xəbər verir ki, bakılılar Ukraynanın “Vorskla” komandası ilə qüvvəsini sınayacaqlar.
Matç Bakı vaxtı ilə saat 18.00-da (yerli vaxtla saat 17.00) Hüseyn Aygün Futbol Mərkəzinin stadionunda baş tutacaq.
Qeyd edək ki, "Sabah" Antalyadakı ilk yoxlama oyununda Rumıniyanın "Rapid" klubuna 2:1 hesabı ilə qalib gəlib.