Antalyada təlim-məşq toplanışında olan "Səbail" qış təlim-məşq toplanışı çərçivəsində bu gün son yoxlama oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, "dənizçilər" Rusiya Premyer Liqası təmsilçisi “Fakel”lə qarşılaşacaq.
Matç yerli vaxta 17:00-da (Bakı vaxtı ilə 18:00) “Miracle Resort” hotelinin meydançasında keçiriləcək.
Qeyd edək ki, "Səbail" Antalyadakı ilk sınaq matçında Rumıniyanın "Universitatya Kluj" komandası ilə heç-heçə (0:0) edib.