Qış təlim-məşq toplanışını Azərbaycanda keçirən daha iki Premyer Liqa klubu bu gün yoxlama görüşündə üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Qəbələ" ilə "Araz-Naxçıvan" qüvvələrini sınayacaqlar.
Görüş Qəbələdə baş tutacaq və saat 14:00-da başlayacaq.
Bu, hər iki komandanın hazırlıq çərçivəsində ikinci oyunu olacaq. "Qəbələ" ilk sınaq matçında "Kəpəz"ə, "Araz-Naxçıvan" isə "Zirə"yə eyni hesabla 1:2 uduzublar.