Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" növbəti sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, "boz qurdlar" Macarıstan “Şiofok”u ilə qarşılaşıblar.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 2:0. Tovuz klubu bu gün, Bakı vaxtı ilə saat 17:00-da Özbəkistanın "Nasaf" kollektivi ilə görüşəcək.
Tovuz təmsilçisi ilk yoxlama oyununda Rumıniyanın “Voluntari” komandasına 0:2 hesabı ilə məğlub olmuşdu.