Mövsümün ikinci hissəsinə Azərbaycanda hazırlaşan Premyer Liqa təmsilçiləri "Qəbələ" və "Araz-Naxçıvan" yoxlama oyununda üz-üzə gəliblər.
Fanat.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda meydan sahibləri qalib gəlib.
Görüşdən 2:0 qalib ayrılan qarşılaşmanın 14-cü dəqiqəsində Əyyub Allaş, 57-ci dəqiqədə isə Samuel Tette fərqlənib.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl "Kəpəz"ə, "Araz-Naxçıvan" isə "Zirə"yə 1:2 hesabı ilə uduzub.