Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ikinci sınaq matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, "kimyaçılar" Özbəkistanın “Soqdiana” komandası qarşılaşacaqlar.
Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Samir Abasovun komandası ilk yoxlama oyununda Rumıniyanın “Hermanştadt” klubuna uduzub - 0:3.