Bu qış baş məşqçi dəyişikliyi və yeni transferləri ilə gündəmə gələn "Neftçi" futbol ictimaiyyətinin diqqət mərkəzindədir.
Tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "ağ-qaralar"ın durumu ilə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Tez-tez məşqçi dəyişikliyi heç də yaxşı vədlər vermir. İstənilən halda, kluba maddi zərər dəyir. Hər yeni gələn məşqçi 5-6 nəfərlə sağollaşır və özü istədiyi futbolçuları yığmaq məcburiyyətində qalır. Bu, "Neftçi " üçün yaxşı hal deyil. Külli miqdarda ziyana düşəcəklər. İndiki durumda baş məşqçidən nəsə tələb edə bilməzlər. Hansısa dəyişiklik yeni nəfəs gətirə bilir. Məsələn, Mutunun vaxtında şans qazanmayan futbolçular üçün yeni şans yaranıb. Ümid edirəm ki, hər şey yaxşıya doğru gedəcək. Hansı transferləri edəcəkləri önəmlidir. Mutunun dönəmində gətirilən Andre Şinyaşiki və Aaron Olanare kimi transferlər olsa, komandaya heç bir kömək olmayacaq. Çempionat başlayandan sonra bizim transferlərlə bağlı fikir bildirməyimiz doğru olar. İndi sadəcə, məsələlərə ümumi yanaşırıq".
Nahid Məmmədov