Beynəlxalq dərəcəli hakim, hazırda hakim inspektor kimi fəaliyyət göstərən Zöhrab Qədiyevin səhhətində problem yaranıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sabiq FİFA referisi insult olub.
59 yaşlı ədalət təmsilçisi saytımıza açıqlamasında xəbəri təsdiqləyib: "Düz eşitmisiz, ötən həftəsonu insult oldum. Yüksək təzyiqdən oldu. Halbuki, indiyə qədər dərman atmamışam. Həkim bütün göstəricilərə baxandan sonra təəccübünü bildirdi ki, ürək fəaliyyətim yaxşıdır. Yəqin elə buna görədir ki, insult xəsarətsiz ötüşdü. Səhhətimdə xeyli irəliləyiş var. Xəstəxanada müayinə olunub müalicəni götürəndən sonra evə gəldim. İynə-dərmanı ev şəraitində etdirirəm. Bu həftə müalicəm başa çatacaq. Şükür, hər şey qaydasındadır".
Mirağa