18:08 22.01.2024 406

“Dördüncü ildir ki, bu cür hallar davam edir” – Rəşad Sadıqov

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 19-cu turunun "Səbail"lə matçından sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, qolsuz bitən matçı belə şərh edib:

“Oyunda çoxsaylı mübarizə getdi. Daha aktiv başlayan tərəf biz idik, yaxşı da qol fürsətləri əldə etdik. 30-35 dəqiqə oyun bizim bizim üstünlüyümüz şəraitində keçdi, daha sonra oyun bərabərləşdi. Həmin dəqiqələrdən sonra keyfiyyətli futboldan danışmaq olmaz. Çünki daha çox mübarizə gedirdi. Süni örtüklü meydanda oynayırdıq, şiddətli külək də var idi. Futbolçuların keyfiyyətli futbol nümayiş etdirməsinə mane olurdu. Amma hər iki komandanın futbolçuları çox istəkli idilər. Buna görə də hər iki tərəfə alqış düşür. Qələbə qazanmaq üçün çox çalışdılar. Ancaq olmadı. Matçın əvvəlində yaxşı qol fürsətlərimiz var idi. Futbolçuların çıxışından razı qaldım. Qələbə üçün əllərindən gələni etdilər.

Rüstəm Əhmədzadə də 5-6 gün idi ki, xəstələnmişdi. Məşqləri buraxmışdı. Onsuz da, hücum xəttində futbolçu qıtlığımız var idi. O da zədələndi. Yəqin ki, 2-3 həftə komanda ilə olmayacaq. Bu da bizim üçün əlavə problemdir. 3-4 gündən bir oyun gəlir, hər futbolçumuza ehtiyacımız var. Zədələnməsi bizi məyus etdi. Ancaq futbolun içində olan şeylərdir.

Rafael Utziqlə yanaşı, digər yeni transferimiz Ceyhun Nuriyev də özünü yaxşı tərəfdən göstərdi. Tam optimal formalarını bərpa etmək üçün hər ikisinə də zaman lazımdır.

VAR-ın qərarı düz idi. Penalti epizoduna baxması üçün təcrübəli İnqilab bəy baş hakimi VAR-a çağırdı. Amma baş hakim VAR-da çox qəribə qərar verdi. Açıq-aşkar futbolçumuzun ayağına zərbə vurulur, ikinci sarı vərəqə, ardınca qırmızı verilməlidir. Nə qədər deyirik, danışırıq...."Zirə"nin oyunlarındakı bu cür qərarlar artıq dördüncü ildir ki, davam edir. Keçən il bir az azalmışdı. Mövsümün əvvəlində də az idi. Baxırsan ki, bu, istərsə də, "Qarabağ"la matçdakı qırmızı vərəqə epizodu, bundan əvvəlki turlarda baş verən hadisələr. Bu qədər təsadüf ola bilməz”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X