Birinci Liqada mübarizə aparan debütant "Araz Saatlı" qış transfer dönəmində heyətinə yeni futbolçular qatıb.
Fanat.Az-a Mərkəzi Aran təmsilçisindən verilən məlumata görə, komandaya 6 oyunçu cəlb edilib.
Bunlar Ravil Yusifli və Ceyhun Rəcəbli (hər ikisi "Şəki Siti"), Elnur Mustafazadə ("Karvan" ), Fərid Nadirov ("İmişli"), Ənəs Şabanov ("Zirə") və Cavidan Rəhimlidir ("Qaradağ Lökbatan").
Qeyd edək ki, 12 turdan sonra 3 xalı olan "Araz Saatlı" Birinci Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Nahid Məmmədov