"Çelsi"nin və Fransa millisinin sabiq hücumçusu Nikolas Anelka Türkiyə klubunda çalışacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Yağız Cabuncuoğlu yayıb.
Mənbənin məlumatına görə, o, "Ümraniyespor" klubunda vəzifə alacaq. Fransa millisinin əfsanəsi baş direktor olacaq. Anelkanın müqavilə imzalamaq üçün artıq İstanbula gəldiyi bildirilib.
Qeyd edək ki, Türkiyənin I Liqa klubunda Azərbaycan millisinin üzvü Coşqun Diniyev də çıxış edir.
Mirağa