Misli Premyer Liqasının 20-ci turunda "Sumqayıt" "Araz-Naxçıvan"la qarşılaşacaq. "Kimyaçılar" Muxtar Respublika təmsilçisinin müvəqqəti olaraq sığındığı Mərdəkandakı görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Sumqayıt təmsilçisinin sözçüsü Zaur Xudiyev deyib:
"Səbuhi Abdullazadə cəzalıdır. Ayağı sındığı üçün uzun müddətə sıradan çıxan Kristian Velinovski və Vüqar Mustafayev isə zədə səbəbindən meydana çıxmayacaqlar. Manteka Oktavionun isə "Araz Naxçıvan" a qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir".
Qeyd edək ki, sabah reallaşacaq "Araz Naxçıvan" - "Sumqayıt" qarşılaşması 15:00-da start götürəcək.
Nahid Məmmədov