Misli Premyer Liqasının 20-ci turunda "Araz-Naxçıvan" "Sumqayıt"la qarşılaşacaq. "Kimyaçılar"ı müvəqqəti məskunlaşdığı Mərdəkanda qəbul edəcək nominal ev sahibi görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında Muxtar Respublika təmsilçisinin sözçüsü Mahal Məmmədov deyib:
"Abdulla Rzayev cəzalıdır. İsmail Azzaui zədəlidir. Orxan Əliyevin isə "Sumqayıt"a qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir".
Qeyd edək ki, sabah reallaşacaq "Araz Naxçıvan" - "Sumqayıt" qarşılaşması 15:00-da start götürəcək.
Nahid Məmmədov