“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 2:1 hesabıyla əzmkar qələbə qalib qazandıqları oyunu belə şərh edib:
"Oyunçularımı təbrik edirəm. Vacib 3 xal qazandıq. Çətin oyun alındı. Rəqibin oyununu da qeyd etməliyəm, Adil müəllim yaxşı komanda formalaşdırıb. Narazı qaldığım epizodların sayı az oldu. Bəzi texniki səhvlər oldu, onu da futbolçularla müzakirə edəcəyik.
Benzianın durumundan narahatıq. Sifətindən ağır zərbə aldı. Qaşı partlamışdı, üzündə qan izi var idi. Başgicəllənməsi də var. Redon Cicada isə yorğunluqla bağlı əzələ gərilməsi oldu. Məncə, ağır zədə deyil. Ən doğrusunu sabah müayinədən sonra biləcəyik".