“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyunu belə şərh edib:
"Nəticə qazanmağa çalışırdıq, buna yaxın idik. Rəqibin futbolçularının səviyyəsi barədə danışmaq artıqdır. Amma biz də əlimizdən gələni etdik. Futbolçularımı təbrik edirəm.
Penalti epizodunda ani diqqətsizlik oldu. Zubirin meydana çıxmasından sonra Ehtiramın cinahına yüklənmə çoxalmışdı. Nəticədə səhvə yol verildi. İstənilən halda, oyundan və yetirmələrimdən razı qaldım.
Əvvəlki "Kəpəz"i qaytarmağa çalışırıq. İnşallah, növbəti oyunlarda nəticə əldə etməyə çalışacağıq".