10:10 29.01.2024 740

Liderdən əzmkar qələbə, “Zirə” qələbəyə və qola həsrət qalıb  – Tura baxış

Misli Premyer Liqasının XX turunda sürpriz yaşanmadı desək, yanılmarıq. Turnir cədvəlinin şəksiz lideri “Kəpəz”i məğlub etdi. Qurban Qurbanovun yetirmələri bununla da növbəti çempionluq yolunda əhəmiyyətli addım atdı. Liderin təqibçisi “Zirə” isə “Sabah”la oyunda xalsız qaldı. Rəşad Sadıqovun komandası çoxdandır ki, qol vurmağı və qələbə qazanmağı da yadırğayıb. Buna görə də qəsəbə təmsilçisinin bu tur ikinci pilləni itirməsi də təəccüblü olmadı.

“Turan Tovuz” – “Səbail” 3:1 
Qollar: Ayxan Quseynov, 24, Luis Paçu, 73, 86 - Pedro Nuno, 81
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 18. Budaq Nəsirov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 21. Aleks Souza
Baş məşqçi: Ayxan Abbasov
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah
Ehtiyat oyunçular: 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 19. Samir Abdullayev, 77. Ayub Masika, 7. Madi Queta
Baş məşqçi: Şahin Diniyev

Tura Tovuzda start verildi. “Turan Tovuz” doğma meydanda “Səbail”i qəbul etdi. Bu qarşılaşmadan öncə ciddi ajiotaj yaranmış, müzakirələr başlamışdı. Xüsusən də tovuzlu azarkeşləri narahat edən məlumat yayılmışdı. Həmin məlumatda qeyd olunurdu ki, hakimlər “Turan Tovuz”un məğlub olması üçün çalışacaq, meydan sahiblərinə əngəl törədəcəklər. Bütün bu söz-söhbətlərin fonunda AFFA-nın baş katibi Sərxan Hacıyevin Tovuza səfər etməsi, qarşılaşmanı bilavasitə stadionda izləməsi maraqlı məqam idi. Əminliklə söyləmək mümkündür ki, Rauf Allahverdiyevin başçılıq etdiyi hakimlər briqadası ciddi hansısa səhvə yol vermədi və “Turan Tovuz” vacib qələbə qazandı.
24-cü dəqiqədə Ayxan Quseynov meydan sahiblərini önə çıxardıqdan sonra “Turan Tovuz”un özünə inamı artdı. Tablodakı bu hesab Paçunun fərqləndiyi 73-cü dəqiqəyə qədər dəyişmədi. Məhz bu dəqiqədə tovuzlu azarkeşlər ikinci qolun sevincini yaşadı. Künc zərbəsindən sonra hesab arasındakı fərq iki topa çatdı. Nuno 81-ci dəqiqədə fərqi azaltsa da, “dənizçilər” tezliklə 3-cü qola üzüldülər. Bu dəfə də Paçu adını tabloya yazdırdı. 3:1 hesablı qələbəyə sevinən “Turan Tovuz” xalını 25-ə çatdırsa da, 8-ci pillədən yuxarı qalxmaq mümkün olmadı. 27 xalı olan “Səbail” də 5-ci pillədə qaldı.

“Kəpəz” – “Qarabağ” 1:2
Qollar: Olavale Onanuqa, 73 - Juninyo, 79. Toral Bayramov, 90+5 pen.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 19. Redon Cica, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” “Kəpəz”lə oyun üçün Qəbələyə təyyarə ilə yollanmışdı. Özü də nominal qonaqlar dağlar qoynunda yerləşən Qəbələnin hava limanına start fitindən bir neçə saat öncə enmişdilər. Bu isə o demək idi ki, “köhlən atlar” meydana məşq etmədən çıxacaqdılar. Amma səviyyə fərqi bütün bu şərtlərə rəğmən, “Qarabağ”ın səfərdən 3 xalla dönməsini təmin etdi. Əsas heyət üzvlərini ilk dəqiqələrdən meydana buraxmayan Qurban Qurbanov gözlənildiyi kimi, ilk yarıdan razı qalmamışdı. Onun komandası üstün görünsə də, rəqibin qapısına ilk 45 dəqiqə ərzində yol tapmaq mümkün olmadı. Gözləmək olardı ki, Qurbanov “əsas silahları”nı döyüşə atacaq və “Qarabağ” asanlıqla qələbə qazanacaq. Bütün bu gözləntilərin fonunda “Kəpəz” Onanuqanın qoluyla önə keçdi. Hesabda geri düşən “Qarabağ” cəmi 6 dəqiqə sonra bərabərlik qolunu vurmağı bacardı. Juninyo adını tabloya yazdırdı. Həmin epizodda “Kəpəz”in qapıçısı İqor Rodriqesin əllə zərbə endirdiyi Benzia üzündən ciddi xəsarət aldı və əvəzləmə limiti bitən “Qarabağ” qalan dəqiqələrdə 10 nəfərlə mübarizə aparmalı oldu. Gedişat onu göstərirdi ki, “Qarabağ” gec-tez qələbə qolunu vuracaq. Həmin ehtimallar əsas vaxta əlavə olunmuş dəqiqələrdə doğruldu. Toral Bayramov penaltidən yararlanmaqla yekun hesabı müəyyənləşdirdi. 2:1 hesablı qələbə sayəsində “Qarabağ” növbəti 3 xalı aktivinə yazdı. 
Turnir cədvəlinə inamla liderlik edən “Qarabağ” 20 oyuna 47 xal toplamağı bacarıb. 17 xallı “Kəpəz”in yeganə təsəllisi sonuncu pillədəki “Qəbələ”ni qabaqlamasıdır.

“Zirə” – “Sabah” 0:1
Qol:
Sofian Çakla, 90+10-pen.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 70. İssa Cibrila, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 52. Emil Bayramov, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 12. Vinsent Til
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulayev, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 28. Kahim Parris, 27. Jarl Marqarita
Baş məşqçi: Murad Musayev

Doğma meydanda “Sabah”a məğlub olan “Zirə” öz statistikasını xeyli pisləşdirdi. Qəsəbə təmsilçisi ardıcıl yeddi oyundur ki, qələbə qazanmır. Ən pisi odur ki, Rəşad Sadıqovun çalışdırdığı komanda bu oyunlarda fərqlənməyi də bacarmayıb. “Sabah”la oyunda bunun üçün əla şans var idi. Oyunun gedişində “Sabah” kapitanı Elvin Camalovu da qırmızı vərəqə səbəbindən itirdi. Amma azlıqda qalan qonaqlar Zirədən 3 xalla dönməyi bacardı. Əsas vaxta əlavə olunmuş son saniyələrdə Masazır təmsilçisi rəqibini azlıqlda yaxaladı. Qapıçı Tiaqo Silvanın səliqəsiz oyunu isə Rauf Cabbarovun meydan sahiblərinin qapısına penalti təyin etməsiylə nəticələndi. Çakla əlinə düşən fürsəti qaçırmadı.
“Sabah” xalını 26-ya çatdırsa da, hələlik ilk “altılıq”dan kənarda qalıb. “Zirə” isə bu məğlubiyyətdən sonra 2 pillə gerilədi. Qəsəbə təmsilçisi indi 30 xalla 4-cü sırada yer alıb.

“Araz-Naxçıvan” – “Sumqayıt” 1:1 
Qollar:
Vanderson Melo, 59 - İsa Suliman, 45
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 23. Nuno Rodriqes
Baş məşqçi: Azər Bağırov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 12. Abu Dosso, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov

“Zirə”nin məğlub olması, “Səbail”in Tovuz səfərindən məğlub qayıtması “Araz Naxçıvan” – “Sumqayıt” oyununun əhəmiyyətini artırmışdı. Bu görüşün iştirakçıları qələbə qazanmaqla turnir cədvəlində yüksəlişə keçə bilərdilər. Çətin qarşılaşmada bərabərlik də tərəflər üçün pis nəticə sayılmayacaqdı. Sonda elə bu cür də oldu. Hərəyə bir qol vuran rəqiblər meydan da 1 xalla ayrıldılar. Görüşdə “Sumqayıt” ilk qolu vursa da, qələbə hesabını qorumaq mümkün olmadı. 
Bununla belə “Sumqayıt” “Zirə”ni ötdü. Hətta bir neçə saatlığa ikinci pilləni də “özəlləşdirdi”. Hazırda 31 xalı olan “Sumqayıt” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Araz Naxçıvan” isə 27 xal toplayıb və 6-cı sıradadır.

“Neftçi”– “Qəbələ” 3:1
Qollar:
Emin Mahmudov, 61-pen. Dieqo Valdes, 67. Brayan Moreno, 90+5 - Emil Səfərov, 87.
Qırmızı vərəqə: Zurab Oçiqava, 59.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 41. Samir Həsənov, 16. Lukas Melano, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç
“Qəbələ”: 13. Kristof Atanqana, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev

Bojoviçin gəlişindən sonra müsbət dəyişikliyə ümid edən “Neftçi” azarkeşlərinin bu tur üzü güldü. Onların sevimli komandası “Qəbələ”ni 3:1 hesabıyla məğlub etməyi bacardı. Amma ədalət naminə qeyd edək ki, “Qəbələ” azlıqda qalana qədər “Neftçi”yə çətin anlar yaşadırdı. Zurab Oçiqava 59-cu dəqiqədə cərimə meydançasında Tamaşı dartıb yıxmaqla həm komandasını azlıqda qoydu, həm də penaltiyə səbəb oldu. Emin Mahmudov şansını qaçırmadı. Valdes 67-ci dəqiqədə “Neftçi”nin üstünlüyüni iki topa çatdırdı. Gənc Emil Səfərov 87-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb, “Qəbələ”ni ümidləndirsə də, “qırmızı-qaralar”ın bundan artığına gücü çatmadı. Onlar son saniyələrdə Morenonun da qoluna əngəl ola bilmədilər.
Xalını 32-ə yüksəldən “Neftçi” artıq “Qarabağ”ın ən yaxın izləyicisidir. “Qəbələ” isə sonuncu pilləni tərk edə bilmir. Əyalət təmsilçisi 20 tur ərzində cəmi 14 xal toplayıb.

Amal Abuşov 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X