Misli Premyer Liqasının 20-ci turunun oyununda - "Kəpəz" - "Qarabağ qarşılaşmasında (1:2) ağdamlıların iki futbolçusu meydanı zədələnərək tərk etdi. Qonaq komandanın baş məşqçisi Qurban Qurbanov Redon Cicanı 53-cü, Yassin Benzianı isə 76-cı dəqiqədə məcburiyyətdən əvəzlədi. Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan "Sabah"- "Qarabağ" (1:7) matçında Cica sonadək ehtiyada qaldısa, Benzia ümumiyyətlə gözə dəymədi. "Qarabağ"ın mətbuat katibi Anar Haciyevlə əlaqə saxlayıb hər iki futbolçunun son vəziyyətinin nə yerdə olduğunu soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Benzia həkimlərin nəzarəti altında fərdi məşqlərə başlayıb. Cicanın isə hər hansı problemi yoxdur".
Nahid Məmmədov