19:30 03.02.2024 1691

MPL: “Qarabağ”dan qələbə, “Sabah”la “Turan Tovuz”dan heç-heçə

Misli Premyer Liqasında XXI tur bu gün start götürüb. 

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə iki görüş reallaşıb. 

Açılış oyunu "ASCO Arena"da olub. "Səbail" doğma meydanda lider "Qarabağ"ı sınağa çəkib. Öz aralarındakı son 10 oyunda "sülh bağlamayan", bu görüşlərdə üç və ya daha çox qolla yadda qalan komandaların budəfəki dueli də prinspiallıq daşıyırdı. Ümumiyyətlə, “Qarabağ” texniki nəticə nəzərə alınmamaqla, bütün matçlarda rəqib qapısına yol tapmışdı. Üç qolun qeydə alındığı oyunda Ağdam təmsilçisi çətin qələbəyə sevinib.

Günün digər qarşılaşmasında "Sabah" və "Turan Tovuz" üz-üzə gəlib. Murad Musayevin baş məşqçi postundan getməsindən sonra komandanı bu oyunda meydana İqor Ponomaryov çıxarıb. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 

Qeyd edək ki, turun qalan oyunları bazar günü və bazar ertəsi keçiriləcək. 

Misli Premyer Liqası
XXI tur
3 fevral
 

“Səbail” – “Qarabağ” 1:2 
Qollar:
Pedro Nuno, 68-pen. - Toral Bayramov, 14-pen. Yassin Benzia, 59-pen. 

Toral Bayramov 90+5-ci dəqiqədə penaltidən yararlana bilməyib. 

"Səbail": 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 21. Anas Najah
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 25. Nicat Məmmədzadə, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 7. Madi Queta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev

"Qarabağ": 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”

“Sabah” – “Turan Tovuz” 1:1

Qollar: Kahim Parris, 22 - Aleks Souza, 11.

"Sabah": 1. Yusif İmanov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh
Məşqçi: Rəşad Eyyubov

"Turan Tovuz": 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 11. Ayxan Quseynov, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 66. Ayxan Abbaszadə, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 77. Fərid Nəbiyev, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 9. Belajdi Pusi
Baş məşqçi: Ayxan Abbasov

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

Facebookdan bizi izləməyi unutmayın.
X