“Sabah” klubu Kurban Berdıyevin paytaxt təmsilçisinə mümkün təyinatı ilə bağlı xəbərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "bayquşlar"ın mətbuat xidməti Rusiyanın “Sport-Ekspress” nəşrinin sorğusunu belə cavablandırıb.
“Bildiyiniz kimi, Murad Oleqoviç Musayev komandanı bu yaxınlarda tərk edib. Hazırda Berdiyevin baş məşqçi təyin olunması variantlar arasında yoxdur”
Qeyd edək ki, fevralın 1-də Murad Musayev "Sabah"ın baş məşqçi postunu tərk edib. Berdıyev hazırda işsiz statusundadır. 71 yaşlı mütəxəssis iki gün əvvəl Mahaçqala "Dinamo"sunun baş məşqçi postunu tərk edib.