Bir neçə öncə "Sabah"ın baş məşqçi postunu tərk edən Murad Musayev gələcək karyerası ilə bağlı açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, o, "RB Sport"a açıqlamasında Rusiyada çalışmaq variantlarına isti yanaşdığını vurğulayıb:
“Əlbəttə, mən Rusiyada işləməklə bağlı təklifləri nəzərdən keçirməyə hazıram. Mahaçqala "Dinamo"su? Hacı Müslümoviç (Hacıyev - red.) artıq sualınızı cavablandırıb”.
Qeyd edək ki, daha öncə "Dinamo"nun prezidenti Hacı Hacıyev 40 yaşlı Musayevi baş məşqçi postunu tutmasının əleyhinə olmadığını, ancaq sözügedən mütəxəssisin kiçik fasiləyə ehtiyac duyduğunu söyləyib.