Misli Premyer Liqasında XXI tura bu gün bir oyunla yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Qəbələdə baş tutub.
Ev oyunlarını sözügedən bölgədə keçirən "Kəpəz" "Araz-Naxçıvan"ı qəbul edib.
Autsayder mövqeyindən qurtulmağa çalışan gəncəlilər 3:1 hesablı qələbə qazanaraq vəziyyətini bir qədər yaxşılaşdırıb.
Qeyd edək ki, tur çərçivəsində "Qarabağ" səfərdə "Səbail"i, "Sumqayıt" evdə "Neftçi"ni 2:1 hesabıyla üstələyib, "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" görüşləri isə 1:1 nəticələnib.
Misli Premyer Liqası
XXI tur
5 fevral
“Kəpəz”– “Araz-Naxçıvan” 3:1
Qollar: Ehtiram Şahverdiyev, 19;35. Amil Yunanov, 69 - Orxan Əliyev, 28
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
“Kəpəz”: 96. İqor Rodriqes, 10. Tural Rzayev (k), 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 91. Latir Fal, 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 10. Orxan Əliyev, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike