Birinci Liqanın 13-cü turunda "Zaqatala" evdə "Qaradağ Lökbatan"la qarşılaşıb. Görüşün qalib müəyyənləşməyib – 1:1.
Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barəsində fikirlərini öyrəndik.
Məmmədovun Fanat.Az-a açıqlaması belə oldu:
"Matç biz istədiyimiz kimi keçmədi, amma gözlədiyimiz kimi bir oyun oldu. Çünki "Qaradağ Lökbatan"ın hansı üslubda oynadığını bildirdik. Buna əsasən tədbirlərimizi almışdıq, amma bəzən oyunumuz istədiyimiz kimi alınmırdı deyə, məcburi dəyişikliklər edirdik. Ümumilikdə, oyun yaxşı keçdi. Mübarizə şəraitində maçt alındı".
Nahid Məmmədov