“Sabah” klubu Aleksandr Kerjakovun paytaxt təmsilçisinə mümkün təyinatı ilə bağlı xəbərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "bayquşlar"ın mətbuat sözçüsü Elnur Həmivod Rusiya mətbuatının, konkret, “Sport24"-ün sorğusunu belə cavablandırıb.
“Aleksandr Kerjakovun “Sabah”a baş məşqçi təyin olunması ilə bağlı heç bir söhbət olmayıb. Klubumuz onun baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir”.
Qeyd edək ki, fevralın 1-də Murad Musayev "Sabah"ın baş məşqçi postunu tərk edib. Kerjakov hazırda işsiz statusundadır. Onun son iş yeri ötən ilin iyunundan noyabr ayına kimi rəhbərlik etdiyi Serbiya “Spartak”ı olub.