Misli Premyer Liqasının 22-ci turunda "Zirə" "Sumqayıt"ı qəbul etdi. Görüş tərəflərin qolsuz bərabərliyi ilə yekunlaşdı. Matçın ardından meydan sahiblərinin yarımmüdafiəçi Ceyhun Nuriyevə bir neçə sual ünvanladıq.
Onun Fanat.Az-a müsahibəsini təqdim edirik :
- Oyunu necə qiymətləndirirsiniz ?
- Birinci hissədə biz üstün idik. Məncə, penaltini qola çevirə bilsəydik, oyunun məcrası fərqli olacaqdı. Başqa qol epizodlarımız da oldu. İkinci hissədə rəqib bizi mərkəzdə üstələməyə başladı. Düşünürəm ki, çox gərgin mübarizə oldu. Ədalətli nəticə ilə oyun yekunlaşdı.
- Komandanızın ümumi fiziki göstəriciləri barədə fikirləriniz maraqlıdır...
- Açığı, "Sumqayıt" 70-ci dəqiqədən sonra bizi fiziki planda üstələdi. Matçın sonlarında bizdə fiziki cəhətdən axsaqlıq oldu.
- Bəs doğma meydanda xal itkisi barədə nə deyə bilərsiniz?
- Düşünürəm ki, biz bir xal qazanmadıq. Əksinə, iki xal itirmiş olduq. Çünki qələbə bizə çox lazım idi. Elə epizodlarımız oldu ki, fərqlənə bilərdik, amma olmadı. Meydana qalib gəlmək üçün çıxmışdıq.
Nahid Məmmədov