Bu gün "Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində səfərdə "Braqa" ilə qarşılaşacaq.
Azərbaycan millisinin çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb tarixi maçt haqqında fikirlərini öyrəndik.
Əsədovun Fanat.Az-a açıqlaması belə oldu :
"Qarabağ"ı çətin bir oyun gözləyir. Rəqib Portuqaliya çempionatında ilk "üçlük"də yer alan komandadır. "Köhlən atlar" son dəfə qış fasiləsindən əvvəl beynəlxalq arenada güclü rəqiblərlə oynadığı üçün müəyyən çətinlik yaşaya bilər. Matçın ilk dəqiqələri "Qarabağ" üçün çətin keçəcək. "Qarabağ" oyunun əvvəlində "Braqa"nın təzyiqinə tab gətirsə, hər şey qaydasına düşəcək. Ümid edirəm ki, səfərdən sərfəli nəticə ilə dönəcək, evdə bu rəqibi üstələyib növbəti mərhələyə yüksələ biləcəyik. Bakıdakı oyunda azarkeş dəstəyi sayəsində hədəfə çatmaq mümkündür. "Qarabağ" səfərdən bərabərlik və ya minimal hesablı məğlubiyyətlə dönsə, mərhələ şansını əlimizdə saxlamış olarıq".
Qeyd edək ki, "Munisipal" stadionunda keçiriləcək görüş saat 00.00-da start götürəcək. Komandalar arasındakı cavab görüşü fevralın 22-də Bakıda olacaq.
Nahid Məmmədov