“Sabah”ın U-11 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Tbilisi Cup” beynəlxalq turnirində iştirak edir.
Fanat.Az xəbər verir ki, “Sabah” qrup mərhələsində meydan sahibi ölkənin komandaları - “Saburtalo”ya məğlub olub (0:1), “Kolxeti-1913”-ə qalib gəlib (2:1).
1/4 finalda Gürcüstanın “TS Academy” komandasına qolsuz bitən matçın penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Sabah” yarımfinala vəsiqə qazanıb.
Komanda növbəti mərhələdə “Torpedo” (Gürcüstan) ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin oyunları sabah keçiriləcək.