17:17 17.02.2024 1789

“Möcüzəvi bir gecə idi” - Şəmsəddin Abbasov

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sı ilə tarixi oyununu tanınmış idman şərhçisi, “CBC Sport”un əməkdaşı Şəmsəddin Abbasov şərh edirdi.

Ağdam klubunun 4:2 hesablı qələbəsindən sonra Abbasov ETOPAZ-ın dəstəyi ilə Braqaya ezam olunmuş Fanat.Az-ın əməkdaşına müsahibə verib.

Onun bu oyunla bağlı maraqlı fikirlərini təqdim edirik:

“Hələ də o gecənin şahidi olduğumuza inanmağım gəlmir. Şərhçi fəaliyyətimə 2004-ci ildə “Lider” telekanalında başlamışam. Həmin il Portuqaliyada keçirilən Avropa Çempionatının yayım hüququnu "Lider" televiziyası əldə etmişdi. Mənim də ilk şərhçi işim məhz bu dönəmə təsadüf etdi. Qayanı yararaq tikilən möhtəşəm memarlıq nümunəsini görəndə arzu etmişdim ki, şərhçi kimi bu stadionda oyun şərh edim. Heç vaxt düşünməzdim ki, Azərbaycan futbol tarixi üçün önəmli bir maçtı - "Braqa" - "Qarabağ" oyununu şərh etmək mənə nəsib olacaq. Möcüzəvi bir gecə idi. Həmin emosiyalardan çıxa bilməmişəm. Həmin hissləri unuda bilmirəm. Sosial şəbəkələrdə bizim işimizi dəstəkləyən bütün azarkeşlərə təşəkkür edirəm. 

"CBC Sport" Portuqaliya səfərinə böyük heyətlə yollanmışdı. Biz iki-üç gün əvvəldən oyuna hazırlaşırdıq. Oyun günü isə təxminən 7 saat Portuqaliyadan canlı bağlantılar oldu. Nə xoş bizə ki, belə bir tarixi matçı xalqımıza təqdim edə bildik. Sözsüz ki, ən böyük təşəkkür bu qələbənin memarlarına düşür - "Qarabağ" klubuna və baş məşqçi Qurban Qurbanova. Belə bir vacib oyuna təyinat alanda düşünürsən ki, hər şey ola bilər.

Təbii ki, avrokuboklarda çətin döyüşlərdən çıxmış, Avropa Liqasının finalında oynamış adlı-sanlı Portuqaliya nəhəginə qarşı həyacan var idi. Bu oyuna hazırlaşarkən şərhçi müxtəlif hesablı ssenarilərə hazır olmalıdır. Amma mənim daxilimdə inam var idi. Portuqaliya gələndən həmkarlarla söhbətləşərkən çox inamlı şəkildə deyirdim ki, biz qalib gələcəyik. Mənim oyundan öncə təxminim "Qarabağ"ın 3:1 hesablı qalibiyyəti idi. Bu sıradan bir inam deyildi. Mən son bir ay ərzində "Braqa"nın bütün oyunlarını izlədim. Püşkatmadan əvvəl bu oyunlar olsaydı, tam fərqli nəticə ola bilərdi. Çünki həmin "Braqa" Portuqaliyanın ən çox qol vuran komandası idi. "Real Madrid" ilə döyüşən bir kollektivdir. İndi onlarda problemlər başlayıb. Kapitanlarının oynamaması, "Sportinq"ə böyükhesablı məğlubiyyət və "Çaveş"lə bərabərlik onu deməyə əsas verir ki, "Braqa" böhran içindədir.

Mən heç də "Qarabağ"ın bu parlaq qələbəsinə kölgə salmaq istəmirəm. Sadəcə, demək istəyirəm ki, mənim inamım nəyə idi. Mən sıradan bir emosiyaya qapılaraq nəticənin xeyirimizə olacağını düşünmürdüm. Bütün sadaladığım faktların fonunda buna ümid edirdim. 

Həmkarlarımızla və yerli azarkeşlərlə danışanda onlarda belə düşünürdülər ki, "Braqa" qalib gələcək. Bu arxayınçılıq görünür, futbolçulara da təsir edib. İlk dəqiqələrdən "Qarabağ"ın göstərdiyi futbol rəqib oyunçular üçün də gözlənilməz idi. Nəticədə bütün oyun komponetlərində 'Braqa"nı üstələməyimiz bu səbəblərin eyni zamanda sözsüz ki, Qurban Qurbanovun və futbolçularının oyuna düzgün köklənməsinin əsas səbəb idi.

Rəqibin düşərgəsində nə baş verib, bu bizim üçün fərq etməz. Onu da anlamalıyıq ki, "Qarabağ" mükəmməl bir şəkildə bu oyuna hazırlaşmışdı. Şərhçi karyeramda ən böyük matç keçirdim. Buna qədər "Qarabağ"la avrokuboklarda Yunanıstanda olmuşduq. Qarabağ Afinada "Olimpiakos"a 3:0 qalib gəlmişdi. Məni "Braqa" qalibiyyəti çox sevindirir.

Ümid edirəm ki, mənim bu statistikam davamlı olacaq. Arzu edirəm həm "Qarabağ", həm də Azərbaycan üçün bu, davamlı olsun. Sonuncu dəfə milli komanda ilə Estoniya ilə səfər oyununda 2:1 hesablı qələbəyə şahid olduq. Azərbaycanda futbol var. Azərbaycanda futbolu sevənlər və oynaya bilənlər var. Sadəcə, lazımi şərait yaratmaq lazımdır. Təklifləri və ideyaları dinləmək lazımdır. Onda hər şey yaxşı olacaq.

"Braqa" - "Qarabağ" cütünün taleyinə gəlincə, rəqibin ikinci qolu kefimizi pozsa da, inanırıq ki, təmsilçimiz Bakıda parlaq oyunla bu maneni keçəcək və Azərbaycan futbolu, ümumən bölgə üçün tarix yazacağıq. Qonşularımıza nəzər yetirsək, heç biri Avropa Liqasının 1/8 finalına yüksəlməyib. Bu ilkə "Qarabağ" imza atsa, bizi qürurlandıracaq. Artıq bu komanda və nəticə ilə fəxr edə bilərik. Bəlkə də bu oyunun və nəticənin əhəmiyyətini tam dərk etmirik. İllər sonra müxtəlif kitablarda və verlişlərdə Azərbaycan komandaları üçün bu adi hal alanda biz dərhal yada salacağıq ki, ilk fevralın 15-də Portuqaliyanın Braqa şəhərində yaşanıb. Mən çox xoşbəxtəm və işimi sevirəm. Ona görə xoşbəxtəm ki, mənim işim belə tarixi hadisələri işıqlandırmağa imkan verdi. Bir daha "Qarabağ"a bu qüruru bizə yaşatdığı üçün təşəkkür edirəm”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
13:34

Neymar 1 milyonluq yeni avtomobilinigöstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

Facebookdan bizi izləməyi unutmayın.
X