Xorvatiyanın "Dinamo" klubunun formasının geyinən Mahir Emreli məşqlərə başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Zaqreb təmsilçisinin dünənki məşqində kollektiv çalışmalarda iştirak edib.
26 yaşlı ön xətt oyunçusu özü də məşqdən şəkil paylaşıb. Onun UEFA Konfrans Liqasının pley-off mərhələsində İspaniya klubu “Betis”lə bu gün keçiriləcək cavab görüşündə iştirakı baş məşqçinin qərarından asılı olacaq.
Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində Sloveniyanın “Roqaşka” klubu ilə yoxlama görüşündə zədələnmişdi.