16:44 22.02.2024 1381

"Lazım olanda azərbaycanca məlumat verirəm" - Ozobiç "Qarabağ"a inanır

"Neftçi"nin futbolçusu Filip Ozobiç bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Ölkəmizdə karyeranızın böyük hissəsi "Qarabağ"la bağlıdır. Yenidən bu klubda oynamaq istərdiniz?
- ⁠Bəli, təsadüfi deyil ki, "Qarabağ" səfərdə "Braqa"nı udub. Onlar Avropada uzun illərdir yaxşı çıxış edərək səviyyəli oyun nümayiş etdirirlər. Mən 5 il "Qarabağ"da oynamışam. İndi bütün fikirlərim "Neftçi" ilə bağlıdır.

- ⁠Premyer Liqada ikinci yer uğrunda mübarizə və ölkə kubokunu qazanmaq barədə nə deyə bilərsiniz?
- ⁠Azərbaycan kubokunu qazanmaq, həmçinin çempionatda ikinci yeri tutmaq şansımız var. Bu mövsüm üçün bunu bacarmaq olar. Məqsədimiz isə çıxdığımız oyunları qazanmaq və azarkeşlərimizi sevindirməkdir.

- ⁠"Ağ-qara" formada oynamağın məsuliyyətini necə hiss edirsiniz?
- ⁠Oynadığım klublarda özümü göstərməyə çalışıram. Həm mən, həm də digər komanda yoldaşlarımla məşqçilər korpusu əlimizdən gələnin artığını edəcəyik.

 - 8 ildir Azərbaycanda oynayırsınız. Burada rus dilini öyrənmisiniz. Azərbaycan dilində nəyə görə danışa bilmirsiniz? Millinin futbolçusu kimi Dövlət Himnimizin sözlərini öyrənmisiniz?
- Doğma dilim slavyan qrupuna aiddir. Azərbaycanda bir çoxları rusca danışır. Buna görə də bu dildə danışıram. Amma lazım olanda oyunçularımıza azərbaycanca məlumat verirəm. Mənim üçün himniniz bir az qəliz və çətin görünə bilər. Bəzi sözlərdə çaşsam da, amma ümumilikdə bilirəm.

 - ⁠Azərbaycan yığmasındakı karyeranızı bitirməyi planlaşdırmırsınız?
- ⁠Bu suala cavab vermək istəmirəm.

- ⁠Milli ilə oyunlarda da az-az meydana çıxırsınız. Bu sizin üçün bir siqnal deyil?
- ⁠Bu, məşqçinin qərarıdır. Mən buna nəsə deyə bilmərəm.

- ⁠Yığmamızın Millətlər Liqasındakı rəqibləri barədə nələr deyə bilərsiniz?
- ⁠Fikrimcə, çox yaxşı rəqiblərimiz var. İsveç və Slovakiya komandaları inkişaf edir. Estoniya yığmasına qarşı da mübarizə aparmışıq. Rəqiblərin hər biri ilə yaxşı oynaya bilərik.

- "Qəbələ", "Qarabağ" klublarında oynamışınız və hazırda "Neftçi"dəsiz. Karyeranızı bu klublardan hansında bitirmək istərdiniz?
- ⁠Hazırda müqavilə ilə "Neftçi"yə məxsusam.

- Bu gün Avropa Liqası çərçivəsində keçiriləcək "Qarabağ" - "Braqa" matçı hansı hesabla bitə bilər?
- Portuqaliyalılar çox ciddi komandadır. "Qarabağ" ilk matçda yaxşı nəticə göstərdi. Çətin oyun olacaq. Ancaq "Qarabağ"ın növbəti mərhələyə çıxacağına inanıram.

- "Neftçi" "Spartak"la yoldaşlıq oyunu keçiriləcək. Sabiq komandanızla görüş barədə nə düşünürsünüz?
- ⁠Bəli, vaxtı ilə "Spartak"da çıxış etmişəm. Onların heyətində 3-4 oyuna çıxmışam. Çox yaxşı klubdur. Belə komanda ilə oynamaq yaxşı hissdir.

- ⁠Zaqreb "Dinamo"su, yoxsa "Hayduk"?
- ⁠Bu, ölkəmizdə nəhəng bir derbidir. Neçə ildir "Hayduk" çempion ola bilmir. Mən də onların azarkeşiyəm. İnanıram ki, bu dəfə çempion ola biləcəklər.

- Bəs "Dinamo"nun futbolçuları sabiq komanda yoldaşın Mahir Emrəli barədə söhbətiniz olub?
- ⁠Mahir özü orada çıxış edir. Onunla bağlı kiminləsə də danışmamışam. Amma Xorvatiyada olanda Mahirlə görüşmüşəm. O, komandasından razı idi. Fikrimcə, Emreli potensialını "Dinamo"da tam göstərmir.

- ⁠Hansısa oyun var ki, onu xatırlamaq istəməzdiniz?
- Xatırlamaq istəmədiyim matç Çempionlar Liqasında "Qarabağ" - "Viktoriya" görüşüdür. Unutmadığım qarşılaşma isə Avropa Liqasında "Qəbələ" - "Lill" oyunudur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X