Misli Premyer Liqasının 24-cü turunda "Qarabağ" evdə "Sumqayıt"la qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın ardından "köhlən atlar"ın müdafiəçisi Elvin Cəfərquliyevlə ilə söhbətləşdik.
Onun Fanat.Az-a müsahibəsi belə alındı:
- Oyun haqda fikirlərin necədir?
- Bir çox futbolçumuz yorğun olsa da, istəyirdik ki, matçı qələbə ilə başa vuraq. Şükürlər olsun ki, qələbə qazandıq. Ümumi götürsək, çox yaxşı oyun alındı. Məncə, gözəl futbol izlədik.
- Keçən oyundakı qırımızı vərəqənin psixoloji təsiri hələ də hiss olunur?
- Xeyr, çalışdım ki, bu günkü oyuna peşəkar yanaşım. Futbolda belə hallar olur. Həmin anda aqressiv yanaşdım. Amma oyundan sonra öz sakitliyimi qorumağa çalışdım.
- Avropa Liqasının 1/8 final mərhələsində rəqibiniz "Bayer Leverkuzen" oldu. Bu haqda fikirlərin nədir?
- Əlimizdən gələni edəcəyik ki, rəqibə çətinlik yaradaq. Həmin matçlarda qalib gəlmək istəyərik. Niyə də olmasın? Bura qədər gəlmişiksə, oynayacağıq.
Nahid Ustaclı