Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Qarabağ"la üz-üzə gələn "Sumqayıt" 0:2 hesabı ilə məğlub olub.
"Gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Abu Dosso güclü rəqiblə matç barədə qısa təəssüratlarını Fanat.Az-a bölüşüb:
"Ağır oyun oldu. Düşünürəm ki, məğlub olsaq da, güclü rəqibə yaxşı müqavimət göstərdik. Artıq bu görüşü unudub qarşıdakı matçlar haqda düşünməliyik. Növbəti qarşılaşmalarda daha yaxşı oynamağa, müsbət nəticələr qazanmağa çalışacağıq".
Qeyd edək ki, hazırda 54 xalı olan "Qarabağ" turnir cədvəlinin zirvəsində mövqe tutubsa, 36 xala malik "Sumqayıt" ikinci pillədə qərarlaşıb.
Nahid Ustaclı