Premyer Liqa təmsilçisi "Sumqayıt" bu gün yoxlama oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, "kimyaçılar" Azərbaycanda təlim-məşq toplanışında olan Türkmənistan klubu “Nebitçi” ilə üz-üzə gələcək.
“Kapital Bank Arena”da baş tutacaq görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, "Sumqayıt" Premyer Liqada 24 turdan sonra 36 xalla 2-ci pillədə qərarlaşıb. "Nebitçi" isə Türkmənistanın son bürünc mükafatçısıdır.