“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin yığmasının martın 14-də başlayacaq təlim-məşq toplanışına qatılacaq.
38 futbolçudan ibarət ilkin heyətdə 4 qapıçının adı var. Toplanışda Lunyov ilə yanaşı, Matvey Safonov (“Krasnodar”), İlya Lantratov ( “Lokomotiv”) və Aleksandr Maksimenko (“Spartak", Moskva”) da iştirak edəcəklər.
Rusiya seçməsi martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.