13:03 02.03.2024 374

“Qarabağ"a həsr olunmuş yeni filmin təqdimatı keçirildi

"Qarabağ” FK-30 mövsüm səfərdə" sənədli filminin təqdimat mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində təşkil edilib.

Üç seriyadan ibarət film klubun tarixinə həsr olunub. Təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, “Qarabağ”ın prezidenti Tahir Gözel mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, komandanın baş məşqçisi Qurban Qurbanov, idman ictimaiyyətinin nümayəndələri, həmçinin, digər qonaqlar iştirak edib.

Bakı Media Mərkəzi, “Salnaməfilm” studiyası və İctimai Televiziyanın birgə istehsalı olan ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb. "Qarabağ” FK-30 mövsüm səfərdə"nin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri isə Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov və Fuad Quliyevdir.

Ötən il lentə alınan bu film Azərbaycan futbolunda ilklərə imza atan və tarix yazan “Qarabağ”ın Ağdamın 1993-cü ildəki işğalından sonra qaçqın durumuna düşməsindən bəhs edir. Bu müddətdə komanda bütün matçlarını Ağdamdan kənarda keçirsə də, böyük uğurlar qazanmağa nail olub.

Tədbirdə çıxış edən Tahr Gözel bildirib ki, “Qarabağ” haqqında çəkilən bu film dünyanın hər yerində, o cümlədən Avropada ən böyük mükafatlara layiq görülməlidir: “Belə bir əsərə görə emosiyalara qərq olmamaq mümkün deyil. Belə tarix və iradə harada var? Heç yerdə. Bombalar altından Avropanın fəthinə. “Qarabağ”ın hekayəsi Vətənin hekayəsi ilə paraleldir. İtirilən torpaqlar, yeni yaradılan ölkə və möhtəşəm zəfərlər. "Qarabağ" Azərbaycana, Azərbaycan da "Qarabağ"a ilham verir. Hamısının başında cənab İlham Əliyev dayanıb. "Qarabağ"ın yaratdığı möcüzə bu filmdə də açıq-aydın əksini tapıb. Möhtəşəm əsərdir. Futbol tarixinə, film dünyasına hədiyyədir. Film Avropada, dünyanın hər yerində ən böyük mükafatlara layiq görülməlidir”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da klubumuz barədə filmin təqdimatında çıxış edib: “Film çox yüksək səviyyədə hazırlanıb. Bu işdə əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Biz hamımız doğru yolu göstərə bilərik. Güclü kollektivim, güclü futbolçularım var. Hər oyundan öncə onlara hansı adı təmsil etdiyimizi xatırladıram. Bu ad üçün neçə şəhid verilib, neçə can qurban gedib. Mən hər zaman bu komandada döyüşçü ruhunu qoruyub saxlamağın tərəfdarıyam. Necə ki cənab Ali Baş Komandan 44 günlük Vətən Müharibəsində bütün xalqın, bütün ordunun döyüş ruhunu qoruyub saxladı, onları Böyük Zəfərə apardı".

Tədbirin sonunda Arzu Əliyevaya “Qarabağ”ın özəl hazırlanmış forması təqdim olunub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X