Misli Premyer Liqasının bu gün keçirilən "Kəpəz" - "Neftçi" matçında insident yaşanıb.
Fanat.Az-ın məlumatına görə, azarkeşlərlə görüşün AFFA nümayəndəsi Məmmədəli Məmmədov arasında gərginlik yaşanıb.
Məmmədov yaxınlığındakı tərəfdarın təhqiramiz ifadələr işlətdiyini eşidərək ondan tribunanı tərk etməyi tələb edib. Həmin şəxs müqavimət göstərib, üstəlik digər azarkeşlər də nümayəndənin üstünə gediblər. Ancaq polis onları arenadan kənarlaşdırıb.