“Bayer”in rəsmi X hesabı Avroliqanın 1/8 final mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra paylaşım edib.
Fanat.Az xəbər verir ki, paylaşımda “Qarabağ” klubunun rəsmi "X" hesabı işarə olunaraq yazılıb:
“Komandanıza hörmət edirik. Bizə 4 gözəl oyun yaşatdınız. Amma xahiş edirik, bunu bir daha etməyin!”
Qeyd edək ki, “Qarabağ” 1/8 finalda iki oyunun nəticəsinə əsasən (2:2, 2:3) Avroliqada mübarizəni dayandırıb.
Nahid Ustaclı