23:00 02.04.2024 627

“Xoşlamadığım elementlər oldu” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı keçirilmiş ilk oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun oldu. İlk matç idi. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu. Fikirlərimi bildim. Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu bizim işimizdir. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyun bizə nəticə baxımından və digər detallar yöndən yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi".

Toral Bayramov yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əslində, o, əvvəllər bu mövqedə oynayıb. O bacarıq onda var. Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq, fərqli düşünərik. Ancaq digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdır. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdır. Onu meydana əsas heyətdə buraxdıq, düzgün yararlana bildik. Daha diqqətli, məsuliyyətli olmalıdır.

Həmişə yaxşı qələbə komandaya inam verir, komandanın gücünü göstərir. Biz həm qalib gəldik, həm də xoşlamadığım elementlər oldu. Onları da müzakirə edəcəyik ki, futbolçular daha məsuliyyətli olsun. Ancaq pozitiv düşünürəm. "Neftçi" kimi komandaya qarşı qələbənin faydası çox olacaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X