Bu gűn Misli Premyer Liqasında XXX tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 2 görüş reallaşıb.
Őncə "Səbail" "Kəpəz"lə üz-üzə gəlib. "ASCO Arena" baş tutan görüş yetərincə baxımlı və gərgin alınıb. İlk yarıda 2 qol vuran gəncəlilər sonradan yenik duruma düşsələr də, sonuncu uzatma dəqiqəsində vəziyyətdən çıxmağı bacarıblar - 3:3.
Günün digər oyununda isə "Sabah" çempionluĝu erkən təmin etmiş "Qarabağ"la qarşılaşıb. Masazırda gerçəkləşən duel "bayquşlar"ın 3:2 hesablı qələbəsi ilə bitib.
Misli Premyer Liqası, XXX tur
14 aprel
"Səbail" – "Kəpəz" 3:3
Qollar: Pedro Nuno, 49 (1:2), Aleksandr Ramalinqom, 53 (2:2), Rüfət Abdullazadə, 73 - Elmir Tağıyev, 25. Latir Fal, 29. Mate Kvirkviya, 90+6.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
"ASCO Arena", 16:30
“Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
"Sabah" – "Qarabağ" 3:2
Qollar: Amin Seydiyev, 17. Cesse Sekidika, 38. Tellur Mütəllimov, 57 - Leandro Andrade, 7. Nəriman Axundzadə, 76.
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev
"Bank Respublika Arena", 19:00
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 9. Anatoli Nuriyev, 40. Rauf Rüstəmli, 91. Nicat Quliyev, 53. Fəxri Məmmədli, 66. Əhməd Tanrıverdiyev, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh
“Qarabağ”: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" və "Zirə" klubları qolsuz bərabərliyə razılaşıblar. Dünən isə "Turan Tovuz" "Qəbələ"yə 2:1, "Neftçi" isə "Araz Naxçıvan"a 3:0 hesabı ilə qalib gəlib.