Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" klubu Türkiyə Futbol Federasiyasının (TFF) qərarına etiraz edib.
Fanat.Az xəbər verir ki, məlumatı I Liqa təmsilçisinin mətbuat xidməti yayıb.
Kocaeli təmsilçisi aprelin 3-də evdə "Göztəpə"yə 3:2 hesabı ilə qalib gəldikləri görüşdə - XXVIII turun oyununda yaşananlara görə cəzalanıb. Qərara əsasən Ramilin klubu "Bandırmaspor" və "Sakaryaspor"a qarşı növbəti ev matçlarında bəzi tribunalara azarkeş qəbul edə bilməyəcək.
"Kocaelispor" qərarın ləğvi üçün TFF-nin Arbitraj Şurasına müraciət ünvanlayıb.
Qeyd edək ki, Şeydayev dünən "Girəsunspor"la çempionat qarşılaşmasında (2:0) Türkiyə klubundakı İlk qolunu vurub. O, görüşün 8-ci dəqiqəsində hesabı açıb.