09:00 18.04.2024 2796

BOStan, yoxsa idman qurğusu?

AFFA-nın aprel ayının əvvəlində keçirilən hesabat-seçki konfransı rəhbər dəyişikliyi ilə yadda qaldı. Futbol təsərrüfatımızın ali qurumunda baş tutan səsvermə, seçkiöncəsi və sonrası açıqlamalar nəinki idman mətbuatının, hətta ictimai-siyasi medianın da gündəmini zəbt etdi. Təbii ki, bəzi məqamlar, rəqəmlər, xərclər illərdir gözlənilən dəyişikliyin fonunda kölgədə qaldı. İndi bir-bir bu rəqəmlərə (yüz minlərə) təkrar nəzər salsaq, “gözə batanlar”ı da var. Məsələn, AFFA-nın son hesabat dövründə Bakı Olimpiya Stadionuna (BOS) ayrılan məbləğ  392,800 AZN (üç yüz doxsan iki min səkkiz yüz) olub. İlk baxışdan bu yardım BOS üçün o qədər çox görünmür. Lakin unutmayaq ki, ölkəmizin ən böyük arenası kifayət qədər gəlir gətirən idman qurğusudur. 

Gəlir hardan gəlir?

1.    Azərbaycan Premyer Liqasında iştirak edən komandalar  - “Zirə”, “Kəpəz”, “Araz-Naxçıvan” daim, “Qəbələ”,  “Turan Tovuz”  isə Bakıda keçirdikləri oyunlardan öncə məhz bu stadionun xidmətlərindən yaralanır. Əldə etdiyimiz məlumata görə, bir məşqin qiyməti 500 manatdır. Təqribən komanda üçün 4 məşqi gündə bir dəfədən hesablasaq, bu, həftəyə 2000, aya isə cəm 8000 AZN edir. Bölgə təmsililçilərinin ikisinin birlikdə aylıq xərcini 2000 nəzərə alıb toplasaq, 10 000  (on min) manatlıq ödəmə alınır. On ayda isə bu rəqəm 100 000 (yüz min) edir.
2. “Qarabağ” UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində 2 matçını - “Linkoln” (Cəbəllütariq) və "Rakuv"la (Polşa) görüşləri Bakı Olimpiya Stadionunda keçirib. Bir oyunun icarə haqqı deyilənlərə inansaq, 90 000 manat civarındadır. Minimumla hesablayıb 150 000 AZN-lə nöqtə qoymaq olar.
3. Arenanın ərazisindəki minifutbol meydançaları icarəyə verilib. İcarə haqqını təxmin etmək üçün günortadan sonra həmin ərazidən keçmək kifayət edir. Bu tip qurğular gün ərzində minimum 5 saat işləyir. Şənbə, bazar, bayram günləri isə daha çox... Aylıq icarəhaqqı azı 15 000 edirsə, BOS-un illik karının üstünə 180 000  manat gəlmək olar.
4. “CBC Sport” televiziyası arenanın ərazisində yerləşir və icarədardır. Telekanal tərəfindən  illik 150 000 – 200 000 manat civarında icarəhaqqı ödənildiyi deyilir.
5. Ötən il 1 konsert keçirilib. Bundan əlavə, mart ayında “Qarabağ” - “Qalatasaray” matçı olub. Qeyd edim ki, qardaş ölkədə zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunan xeyriyyə oyunu üçün də icarə haqqı ödənildiyi faktdır. 
6. Futbol akademiyaları...
7. Hakimlər
8. Ərəb ölkələrindən təlim - məşq toplanışına gələn komandalar...
9. Şirkətlərin daxili tədbirləri...

Siyahını çox uzatmaq olar. Lakin 9 bənddə nəzəri və minumum hasablama ilə 1,5 milyonu keçmək olur. Əminəm ki, bu məbləğ daha çoxdur.

Təbii ki, xərclər də var: kommunal, ofisin saxlanılması, maaşlar, vergilər və ən əsası, hesabat verənlərin xoşladığı “digər xərclər”. Yuxarıda sadaladığım gəlirlərin həqiqiliyinə şübhəm yoxdur, amma qarşı tərəfin də təsdiq və ya təkzibinə yer ayırmağa çalışdım. 

Stadionun sözçüsü Fərid Əsədzadə isə sadaladığım bəndlərin kommersiya sirri olduğunu bildirdi: “Rəqəmləri sizə deyə bilmərəm. Kommersiya sirri olduğu üçün açıqlamağa ixtiyarım yoxdur. Təbii ki, keçirdiyimiz tədbirlər və onlardan gələn gəlirlər xərclərimizin bir hissəsini qarşılayır. Məsələn, ötən il “Qarabağ”ın 2 oyununu və bir konsert təşkil etmişdik. Bundan əlavə, mediada işıqlanmayan şirkətlərin daxili tədbirləri olur ki, onların gəliri hesabına xərclərimiz bağlanır. Deyə bilmərəm ki, yüz faiz bağlanır, bəli, maliyyə dəstəyi var. Dəstəyin nə qədər, gəlirin nə qədər olmasını təəssüf ki, açıqlaya bilmərəm”. 

Anlaşılmayan bir məsələ var. Həm də kommersiya fəaliyyəti ilə məşğul olan qurum, qurğu niyə dotasiya ilə işləsin? Əgər dotasiya ilə işləyirsənsə, deməli, hesabat verməlisən. Maliyyə ayıran qurum BOS-a ayırdığı məbləği açıq-aşkar deyirsə, siz nəyi gizlədirsiniz?  

Təbii ki, kommersiya sirrinin nə olduğunu bilirəm. Əgər Fərid bəy də daxil olmaqla oradakı əməkdaşların maaşını soruşsaydım, “Agrosport “ MMC-yə su kimi axan maliyyədən sual versəydim, nəinki kommersiya sirrini pozmaqda, hətta Paris sazişinə sətiraltı sataşmaqda da ittiham edə bilərdiniz.

Deyilənə görə, ali futbol qurumumuzda ciddi maliyyə yoxlaması gedir. Yəqin ki, SOCAR-ın balansında olan, AFFA-dan da illik 400 minə yaxın pul alan BOS-a da növbə çatacaq və sirr aşkar olacaq!

Əli Sahib
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 Avqust 2026
02:00

La Liqa: "Barselona" darmadağına sevindi

01:33

Super Liqa: Salahın dublu komandasına 3 xal qazandırdı

01:16

A Seriyası: "Milan" səfərdən 3 xalla dönür

00:59

Liqa 1: Yeni mövsümün ilk turuna yekun vuruldu

23 Avqust 2026
23:44

"Bu mövsüm də hədəf avrokuboklardır" - Zaur İsmayılov

23:32

"Çalışacam ki, bir daha sizi məyus etməyim" - Yuri Vernidub

23:18

Kurban Berdıyev "Şamaxı" ilə matçdan sonra belə danışdı

22:58

"Minumum səhvlə və əzmlə oynadıq" - Azər Bağırov

22:37

MPL: Tovuzda qol səsi çıxmadı, "Neftçi" "Araz-Naxçıvan"a aman vermədi

22:22

"4800 azarkeşin gördüyünü baş hakim görmədi" - Tovuz klubundan etiraz

22:09

Azərbaycanın MMA idmançıları dünya çempionatında gümüş medallar qazanıblar

21:49

"Barselona"nın yeni hücumçu siyahısı bəlli oldu

21:24

"Mançester Siti"dən 100 milyonluq transfer

20:49

"Bolonya" "Portu"nun müdafiəçisi üçün hərəkətə keçdi

20:20

"Lill" qapıçı transferini rəsmiləşdirdi

19:44

"Liverpul" PSJ-nin iki ulduzuna göz dikib

19:15

Mateta "Kristal Pelas"ı FİFA-ya şikayət etdi

18:47

Xulian Alvares "Arsenal"a "hə" deyə bilər

18:12

"Krasnodar" Jelson Martinşlə maraqlanır

17:56

"Real Madrid"in forvardı "Liverpul"a keçid edə bilər

17:20

Ceyden Ostervolde "Roma"ya keçid edir

16:47

İsmayıl Kartal: "Təkmilləşdirilməli olduğumuz məqamlar var"

16:15

"Trabzonspor" Fabinyonu istəyir

15:54

Joze Mourinyu: "Bu uğur ehtiyat oyunçular sayəsində əldə olunub"

15:10

Darvin Nunyesin yeni klubu rəsmən açıqlandı

14:40

"Fənərbağça" Kərəm Aktürkoğlu barədə açıqlama yaydı - SON DURUM

14:09

Berdiyev "Şamaxı" ilə oyunda 3 futbolçusunun xidmətindən məhrumdur

13:44

Azərbaycan cüdoçuları 4 medal qazandılar

13:15

"Sabah"ın oyununun hakimləri açıqlandı

12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

Facebookdan bizi izləməyi unutmayın.
X