Misli Premyer Liqasının 31-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Adil Şűkűrov ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, "sarı-gőylər"in çalışdırıcısı belə danışıb:
- Azarkeşlərimizə təşəkkür edirəm. Qələbə qazanıb elitada qalmaq hədəfini rəsmiləşdirmək istəyirdik. Bu gün alınmadı. Ümid edirəm ki, növbəti matçlarda məsəsələni tam olaraq həll edə bilərik.
- Qaşıdakı 5 oyunun hamısında uduzsanız, "Qəbələ" isə bütün matçlarda qalib gəlsə, Premyer Liqanı tərk edəcəksiniz. Sizcə, bu, mümkündür?
- Futbolda hər şey ola bilər. Biz kiminsə uduzmağını gözləməli deyilik. Əsas öz oyunumuzdur.
- Cavad Kərimov azarkeşlərə əl ilə jest etdi. Onunla davranışı barədə sőhbət edəcəksiniz?
- Hər kəs istəklidir. Cavad gənc oyunçudur, stresli oyunlara hazır olmalıdır. Onunla danışıb tədbir görəcəyik.