22:10 05.05.2024 228

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

Misli Premyer Liqasının 33-cü turunda evdə "Sabah"a 0:1 uduzan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, minimal hesabla məğlub olduqları görüşlə bağlı bunları deyib:

"Oyunu iki hissəyə ayırardım. İlk yarıda meydanda istədiyim komandanı görə bilirdim. Çoxlu hücumlar etdik. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Komandanın əzmkarlığından razı qaldım. Qarşıda üç oyun var. İnanıram ki, daha artığını edə bilərik.
Bu gün "Sabah" bizə bəxt sayəsində qalib gəldi. Onların qələbəsinə kölgə salmaq istəmirəm. Amma bu futbolun bir hissəsidir. Epizodları dəyərləndirməyəndə qapında belə qol görməlisən".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X