Misli Premyer Liqasında 33-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun bağlanış matçı Bayılda baş tutub.
"Səbail" artıq elitadan düşdüyü rəsmiləşən "Qəbələ"ni sınağa çəkib. Şahin Diniyevin komandası qələbə qazana bilsə, avrokubok zonasındakı komandalarla xal fərqini əlçatana endirəcəkdi. Ancaq "Qəbələ", üçü penaltidən olmaqla 5 qolun qeydə alındığı görüşdə əzmkar qələbə qazanıb. Beləliklə, "qırmızı-qaralar" Kaxaber Tsxadadzenin rəhbərliyi altında ilk qələbəsini bayram edib.
Qeyd edək ki, turun həftəsonu baş tutan oyunlarında “Kəpəz" - "Sumqayıt" görüşü 1:1 başa çatıb, "Qarabağ" "Neftçi"ni 5:0, "Zirə" "Turan Tovuz"u 2:1, "Sabah" isə "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib.
Misli Premyer Liqası
XXXIII tur
6 may
“Səbail”– “Qəbələ” 2:3
Qollar: Aleksandr Ramalinqom, 17-pen. Pedro Nuno, 40-pen. - Osama Xalayla, 20, 56-pen. Əyyub Allaş, 32.
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
“ASCO Arena”
"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 4. Adi Mehremiç, 77. Ayub Masika, 55. Nir Bardea, 7. Madi Keta.
Baş məşqçi: Şahin Diniyev.
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 20. Bilel Auaşeriya, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze