Maliyyə və zəngin heyətinə görə Birinci Liqa komandaları arasında seçilən "İmişli"də böyük islahat gözlənilir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi cari mövsüm çempion olmayacağı və Premyer Liqaya vəsiqə qazanmayacağı təqdirdə, ciddi dəyişikliklərə məruz qalacaq.
Belədə baş məşqçi postunda, eləcə də klub idarəçiliyində struktur dəyişiklikləri baş verəcək. Bununla yanaşı, iki illik müqavilə imzalanan bəzi oyunçular ilə yolların ayrılması da gözlənilir. Çempionluğun böyük ölçüdə əldən çıxmasını nəzərə alsaq, radikal dəyişiklik qaçılmazdır. Yalnız növbəti mövsüm üçün klub sayının artırılması çıxış yolu ola bilər ki, indiki rəsmilər buna ümid edir. Yekun qərarı may ayının sonunda veriləcək.
Nahid Ustaclı