Region Liqasının yarımfinal mərhələsi çərçivəsində Saatlının "Ümid" kollektivi Bakıda Vüqar Nadirovun rəhbərlik etdiyi "Hypers" ilə qarşılaşacaq.
Bölgə təmsilçisinin kapitanı, müdafiəçi Xəyal Məmmədovla əlaqə saxlayıb bu oyuna hazırlıqları barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Komanda olaraq bu oyuna tam hazırıq. Finala çıxmaq istəyirik. Rayonumuzun bu mərhələyə qədər gəlib çıxması qürurverici haldır. Hər zaman azarkeşlərimiz tərəfindən dəstək almışıq. Maddi məsələdə müəyyən çətinlik yaşayırıq. Azarkeşlərimizin Bakıya bizi dəstəkləmək üçün gəlmək istəklərini nəzərə alıb, rayon icra hakimiyyətinə kömək etmələri üçün müraciət etmişik. Bununla bağlı müvafiq dövlət qurumundan kömək istəmişik. Ümid edirik ki, hər şey istədiyimiz kimi olacaq".
Qeyd edək ki, ayın 12-si keçiriləcək "Hypers" - "Ümid" qarşılaşması saat 18:00-da start götürəcək.
Nahid Ustaclı