Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi Türkiyənin "Kocaelispor" klubu baş məşqçisi Mustafa Gürsel ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
Gürsel və köməkçilərinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, "Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Ramilin komandası elitaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.